Azərbaycan

“SOCAR Trading”: ucuz neft qiymətləri uzun çəkəcək

Arzu Əzimov: “Neft qiymətlərinin 40-60 dollar dəhlizində dəyişməsi uzun müddət davam edəcək”

Şirkətin baş icraçı direktoru Arzu Əzimovun fikrincə, bu qiymət koridoru uzun müddət davam edəcəkQlobal neft bazarı üçün 40-60 dollar/barel qiyməti hazırkı bazarın reallığıdır.

“Report”un “Financial Times”ə istinadən verdiyi xəbərə görə, bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov deyib.

A.Əzimov dünya bazarında xam neftin qiymətinin qalxması ilə bağlı məsələyə də toxunub: “Bu koridor uzun müddət davam edəcək”.

“Trafigura Group”un eksperti Ben Lakok (Ben Luckock) da qarşıdakı bir neçə ildə neft qiymətlərinin 40-60 dollar/barel arasında dəyişəcəyini qeyd edib.

“Vitol” şirkətinin rəhbəri Kristofer Beyk (Christopher Bake) də FT-yə açıqlamasında real bazar şəraitində neftin hər barelinin 40-60 dollar aralığında satılacağını proqnozlaşdırır.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) da dünya bazarında neftin qiymətinin qarşıdakı iki ildə 50-60 dollar/barel civarında dəyəşəcəyini proqnozlaşdırmışdır.