Azərbaycan, Materiallar

Azərbaycanda benzinin qiyməti qalxdı

İdxal edilən ən bahalı benzinin qiymətində 8,3 faizlik artım…Ancaq ondan ölkə bazarında minimum miqdarda istifadə edilir

Azərbaycanda “A-98 Super” markalı benzinin qiyməti bahalaşıb.

Lent.az   xəbər verir ki, “Ai-98 Super” benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəlib.

Caspian Barrel xatırladır ki, “Super” markalı benzin Azərbaycan Belarus və Rusiyadan idxal edilir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2017-ci ilin I yarımilində öıkəyə $539,53 min dəyərində 816,43 ton «Super Ai-98» markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım miqdar ifadəsində 2,7 dəfə, dəyər ifadəsində 3,1 dəfə təşkil edib. 2016-cı ildə Azırbaycana 635,17 ton «Super 98» markalı benzin idxal olunmuşdu.

Qeyd edək ki, cari ilin iyul atında  Azərbaycanda Ai-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu.