Azərbaycan, Materiallar

Azərbaycana I yarımillikdə nə qədər benzin gətirilib?

Azərbaycana ən yüksək oktanlı benzini Rusiya və Belarusdan idxal etməyə başlayıb…

Azərbaycan 2017-ci ilin I yarısında $14 mln. 945,48 min dəyərində 22 min 667,57 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

«2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 22 min 667,57 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2016-cı ilin I yarısında isə respublikaya $8 mln. 526,4 min məbləğində 15 min 244,39 ton benzin idxal olunub. Bununla da bu ilin yanvar-iyun aylarında AI-95 markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 48,7%, dəyər ifadəsində 1,7 dəfə artıb», – deyə məlumatda bildirilir.

Sözügedən məhsul Azərbaycana Bolqarıstan və Rumıniyadan gətirilib.

Bundan başqa, hesabat dövründə ölkəyə $539,53 min dəyərində 816,43 ton «Super Euro-98» markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım miqdar ifadəsində 2,7 dəfə, dəyər ifadəsində 3,1 dəfə təşkil edib.

Bu məhsul Azərbaycana Rusiya və Belarusdan gətirilib.

2016-cı ildə respublikaya 44 min 231,38 ton «Premium Euro-95» və 635,17 ton «Super Euro-98» markalı benzin idxal olunub.

“İnterfaks-Azərbaycan”