Maraqlı Xəbərlər

“Socar Turkiye Enerji” yeni lisenziya alıb

Bu lisenziya LPG-nin saxlanmasına üçün əldə edilib

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) “Socar Turkiye Enerji” şirkətinə maye neft qazının (LPG) saxlanması üçün lisenziya verib. Bu barədə «Resmi Gazete»də dərc olunmuş elanda deyilir.

«EPDK tərəfindən “Socar Turkey Arakyakit Depolama A.S.” şirkətinə lisenziya 2017-ci il iyulun 20-də 15 il müddətinə verilib», – deyə elanda bildirilir.

Bundan başqa, EPDK neft bazarının tənzimlənməsi çərçivəsində “Socar Turkey Arakyakit Depolama A.S.” şirkətinə neft məhsullarının saxlanması üçün 1 və bu məhsulların tədarükü üçün 2 lisenziya verib. Lisenziyalar 15 il müddətinə verilib.