Maraqlı Xəbərlər

“Petkim”in II rüb mənfəəti 33% artıb

“Petkim Holding”in 2017-ci ilin II rüb üzrə mənfəəti illik müqayisədə 33% artaraq 302,5 mln. lirə (90 mln. ABŞ dolları) təşkil edib.

Şirkətin rüblük gəlirləri isə 56% artıb“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətdən İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verilən açıqlamada bildirilib. Açıqlamada qeyd olunub ki, ötən ilin analoji dövründə şirkətin mənfəəti 226,9 mln. lirə (78 mln. dollar) olub.

Həmçinin, şirkətdən verilən məlumatda II rüb gəlirlərinin 56% artaraq 1,84 mlrd. lirəyə (521 mln. dollar) çatdığı bildirilib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.