“Wall Street Journal” Səudiyyə Ərəbistanı və Rusiya arasında razılığın əldə olunması haqda xəbər yayıb.
Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılması barədə müqaviləni 2018-ci ilin mart ayından sonra daha 3 ay müddətinə uzatmaq barədə razılığa gəlib. Bu barədə öz mənbələrinə istinadən “Wall Street Journal” məlumat yayıb.
Öz növbəsində Rusiyanın Energetika Nazirliyi dövlət agentliyi TASS üçün məlumatı şərh etməyib.