Azərbaycan, Materiallar

Neft Fondunun aktivləri 1 ildə $327 mln azalıb

2017-ci il iyulun 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 34 790,9 milyon ABŞ dollarına bərabər olub.

Bu haqda Caspian Barrel ARDNF mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, 2017-ci il 1 yanvar tarixinə Neft Fondunun aktivləri 33 147,0 milyon ABŞ dolları idi. Cari ilin altı ayının yekunlarına görə, Fondun aktivləri 4,96% və ya 1 643,9 milyon ABŞ dolları artıb.

ARDNF-ın məlumatına əsasən, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

Qeyd edək ki, 2016-cı ilin I yarısında ARDF-ın aktivləri 35 117,9  milyon ABŞ dollarına bərabər olmuşdu. Beləliklə, 2017-ci ilin ilk altı ayında ötən ilin I yarısı ilə müqayisədə Neft Fondunun aktivləri 327 milyon ABŞ dolları və ya 0,93% azalıb.