Azərbaycan

Azərbaycanda benzinlər idxal rüsumundan müvəqqəti azad edilib

Nazirlər Kabineti Azərbaycana gətirilən benzinlər üçün yeni aksiz dərəcələrini təsdiq edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Hökumətin qərarı ilə tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Qərar iyulun 18-dən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.

Bundan başqa, Nazirlər Kabinetinin digər qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.

Hökumət tərəfindən sözügedən qərarlar SOCAR, Maliyyə, İqtisadiyyat, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri əsasında qəbul edilib.