Azərbaycan, Materiallar

Azərbaycan iyun üzrə neft hasilatını açıqladı

Yanvar ayı ilə müqayisədə iyunda gündəlik orta hasilat cəmi 20 min barel azalıb 

Azərbaycanda cari ilin iyun ayı ərzində gündəlik neft hasilatı 793,7 min barrel olub.

Caspian Barrel-ə Azərbaycan Energetika nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunun 738,7 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib.

Gündəlik 624,1 min barrel xam neft, 55 min barrel kondensat, 21,4 min barrel isə neft məhsulları ixrac edilib.

İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel, may ayında isə 785,3 min barrel olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.