Azərbaycan

SOCAR qaz anbarlarındakı ehtiyatları barədə

İki ayda anbarlara vurulan qaz həcmləri 550 milyon kub metrədək təşkil edib

SOCAR-in “Qaradağ” yeraltı qazsaxlama anbarı

Hazırda yeraltı anbarlarda aktiv qazın miqdarı 1 mlrd. 334 mln. 994 min kubmetrdir. Bu barədə SOCAR-ın məlumatında deyilir.

“Cari ilin aprel ayından “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci illər üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb.

Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 mln. kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 mln. kubmetri “Qaradağ”, 291,5 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb”, – deyə məlıumatda bildirilir.

Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 mlrd. 334 mln. 994 min kubmetrdir.