Rövnəq Abdullayevin maraqlı gənclik fotosu onun tələbə yoldaşı tərəfindən yayılıb.
Caspian Barrel strateq.az-a istinadən xəbər verir ki, foto düz 35 il əvvəl – 1982-ci ildə lentə alınıb. O vaxt Rövnəq Abdullayev İnşaat Mühəndislər İnstitutunun I kursunda oxuyurmuş və institutun yataqxanasında qalırmış. 1983-cü ildə isə o, hərbi xidmətə yollanıb və 1985-ci ildə ordu sıralarından qayıtdıqdan sonra köçürmə yolu ilə Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib…
Fotonu redaksiyaya göndərənlərin yazdığına görə, şəkildəki soldakı şəxs – Rövnəq Abdullayevin Bakıda yataqxanada qaldığı zaman onunla otaq yoldaşı olmuş, Şəkidə doğulan Azər Həmidovdur.
Şəkildə soldan sağa: Azər Həmidov və Rövnəq Abdullayev; Bakı şəhəri, 1982-ci il