Azərbaycan, Materiallar

SOCAR “Özbəkneftqaz” arasında növbəti memorandum imzalanıb

Bu şirkətlər arasında artıq əməkdaşlığa dair sayca üçüncü memorandum imzalanır

“Özbəkneftqaz” şirkətinin Azərbaycanda mümkün fəaliyyət istəqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə bu şirkətlə SOCAR arasında Memorandum imzalanıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov imzalayıblar.

“Özbəkneftqaz” şirkətinin nümayəndələri “Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak edirlər.

R.Abdullayev enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, birgə neft-qaz əməliyyatlarının aparılması üçün perspektivlərin araşdırılmasının SOCAR-da diqqət mərkəzində olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl SOCAR-la “Özbəkneftqaz” şirkəti arasında əməkdaşlığa dair memorandum mayın 16-da Daşkənddə imzalanmışdı. Sənəd Rövnəq Abdullayevin Özbəkistan paytaxtında neft-qaz sərgisində iştirakı zamanı baş tutmuşdu. Daha bir sənəd isə 2015-ciu ildə sənəd imzalanmışdı.