Rusiya

Snam” Rusiya şirkətini təkzib edir

İtaliya şirkəti bəyan edib ki, TAP layihəsinin genişləndirilməsi ilə bağlı təklif irəli sürməyib

İtaliyanın “Snam” şirkəti Rusiyanın “Qazprom” – qaz monopoliyası ilə danışıqlar zamanı Transadriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı heç bir təklif irəli sürməyib.

Bunu Trend-ə TAP-ın səhmdarlarından olan “Snam” şirkətinin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Kommersant” qəzetində “Qazprom”un Yunanıstan və İtaliyaya “Poseidon” kəməri vasitəsilə qaz ixrac etmək niyyətində olduğu barədə məlumat yer almışdı.

Məlumatda qeyd olunmuşdu ki, “Snam” rəhbərliyi bunun əvəzində TAP kəmərinin genişləndirilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Həmçinin o da vurğulanmışdı ki,  “Qazprom”  şirkəti TAP kəməri ilə qazını daşımalı olarsa, bu variant ona həm ucuz başa gələr, həm də zaman baxımından sərfəli olar.