logo

Neft platformalarına xidmət edəcək iki gəmi istifadəyə verilib

Views: 163

Təchizat gəmiləri “28 May” və “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.

Mayın 31-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının “Cəbrayıl” və “Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat veriblər.

Bildirilib ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.

İnterfax-Azərbaycan

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart