Azərbaycan, Materiallar

Manat 2018-ci ildə daha da bərkiyəcək – proqnoz

Hollandiyanın “ING Bank”ı 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1% azalacağını, 2018-ci ildə isə iqtisadi artımın 1,6% təşkil edəcəyini proqnozlaşdırır

«Bu ilin 4 ayının yekunları üzrə Azərbaycanda resessiyanın 1,2% səviyyəsində olması haqqında məlumatları nəzərə alaraq 2017-ci il üçün proqnozumuz 1% artımdan 1% azalmaya doğru neqativdir», – deyə bankın proqnozlarında qeyd olunur.

«Cari ildə neft və qazın hasilat həcminin 2,5-5% səviyyəsində gözlənilən azalması neft sektorunun ÜDM-nin 42%-ni təşkil etməsini nəzərə alaraq iqtisadi artımı çətinləşdirəcək», – deyə bankın analitikləri hesab edir.

“ING Bank” 2018-ci ildə respublikada ÜDM-nin 1,6% artacağını proqnozlaşdırır.

Bankın proqnozlarına görə, 2017-ci ildə manatın dollara qarşı orta məzənnəsi 1,7AZN/$1 (2016-cı ildə 1,60AZN/$1), 2018-ci ildə 1,59AZN/$1 təşkil edəcək.

Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-nin 1% artacağını proqnozlaşdırır.

* 2016-cı ildə respublikada resessiya 3,8% təşkil edib