Türkmənistan

İŞİD-in Türkmənistanla sərhəd rayonlara hücumu

Əfqanıstanın şimalında yerləşən Cauzcan viyayətinin mərkəzi Darzab və bir-neçə dövlət orqanı İŞİD (İraq və Şam İslam Dövləti) terrorçu qruplarının nəzarətinə keçib.

Caspian Barrel bu haqda məlumatı “Azadlıq” radiostansiyasının türkmən xidmətinin iyunun 22-də yaydığı xəbərlərə əsasən bildirir.

Məlumatda qeyd olunur ki, vilayətin İŞİD tərəfindən hücumlara məruz qalmasını Cauzcan regional Şurasının deputatları da təsdiqləyiblər.  Vilayətin polis rəisi Rəhmətulla Türküstani bildirib ki, “İŞİD üzvlərinə qarşı mübarizə davam edir, rayon onlara tam təslim olmayıb. Əfqan qüvvələri ilə İŞİD arasında amansız döyüşlər gedir və Darzab onların tam nəzarətində deyil”.

Eyni zamanda Şimali Əfqanıstan Əyalət Şurasının nümayəndəsi Halım Sədab deyib ki, qüvvələr nüsbəti bərabər deyil, Mərkəzi hökumət vaxtında yardım etmədiyindən İŞİD tərəfdarları vəziyyəti gərginləşdirməyə nail olublar. Onun sözlərinə görə, Kabuldan kömək gəlməsə əyalət mərkəzi Şibarqan da zərbə altında qalacaq.

Yerli mənbələrin məlumatına görə, Faryap, Cauzcan, Sarı Pul və Qoştəpə vilayətlərində İŞİD-dən əlavə “Özbəkistan İslam Hərəkatı” yaraqlıları da fəaliyyətdədirlər.

Qeyd etmək lazımdır ki, Cezcan vilayətinin 70% əhalisi türkmənlərdən ibarətdir. Darzab və Qoştəpədə isə əsasən özbək əhali yaşayır.

  • Türkmənistan 2015-ci ilin dekabrında TAPİ (Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan) qaz kəmərinin tikintisinə başladığını elan edib. İndiyə qədər Türkmənistan ərazisində təqribən 15 km boru kəməri tikilib. Əfqanıstan-Türkmənistan sərhədində birdən birə vəziyyətin gərginləşmsi bu kəmərin tikinti risklərini daha da artırır.