Azərbaycan

Azərbaycanda neft hasilatı yüksək templə azalır

2017-ci ilin yanvar-may aylarında Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,2% azalıb.

Caspian Barrel Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2016-cı ilin ilk beş ayında Azərbaycanda 17 milyon 544,3 min ton xam neft və kondensat hasil edilmişdi. Bu hesabla cari ildə neft hasilatı 1 mln 614 min ton azalaraq 15 mln 930,2 min ton təşkil edib.

Statkom həmçinin məlumat verir ki, hesabat dövründə qaz hasilatının həcmi 2016-cı ilin müvafiq dövründəki səviyyədə qalıb. Yəni 2016-cı ilin yanvar-mayında ölkədə 12 milyard 451,5 milyon kub metr qaz hasil edilmişdi.

2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.

Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır