logo

Yeni qazma qurğusu istismara hazırdır -SOCAR

Views: 211

Xəzər dənizinin ən dərin hissəsində – suyun 1000 metr dərinliyində belə qazma işləri apara biləcək yeni qazma qurğusu artıq istismara hazırdır.

SOCAR-ın yaydığı məlumata görə, Caspian Driling Company Ltd. və Keppel FELS Ltd. şirkəti ilə birgə tikintisi başa çatdırılmış yeni 6-cı nəsil DSS38M yarımdalma qazma qurğusu Xəzər dənizinə istismara yola salınması üçün Bakı buxtasında gözləyir.

Caspian Barrel  xatırladır ki, mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılış mərasimində bildirmişdi ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına inşa olunan ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusu tezliklə istismara veriləcək.

“Qurğu artıq hazırdır və yaxın günlərdə istismara veriləcək. Onun tikintisinə investisiya qoyuluşları $1 mlrd.-ı ötəcək”, – deyə dövlət başçısı bu gün bildirmişdi. Onun sözlərinə görə, platformanın üst hissələri və bütün lazımi dayaq blokları Azərbaycanda tikilib.

Qeyd edək ki, bu gürgunun tikintisi 2013-2016-cı illərdə həyata keçirilib. 2017-ci ildə sınaq və test işləri uğurla başa çatdırılıb. Qurğunun tikintisi üçün “Azerbaijan Rigs” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Onun təsisçiləri kimi Neft Fondu (90%) və SOCAR (10%) çıxış edirlər. 1 aprel 2017-ci il tarixinə ARDNF tərəfindən layihənin maliyyələşdirilməsinə $859,7 milyon sərmayə yönəldilib, o cümlədən cari ilin ilk rübündə – $66 milyon. SOCAR-ın da xərcləmələri, həmçinin vergi ödəmələri nəzərə alınmaqla yeni nəsil qazma qurğusu layihəsinin ümumilkdə $1 milyard 116,7 milyona başa gəlməsi proqnoz edilir.

Qurğu istifadəyə veriləndən sonra SOCAR-ın törəmə şirkəti olan Caspian Driling Company Ltd (SOCAR- 92,44%, Heritage General Trading FZE – 7,56%).-nin balansına veriləcək.

Yeni qazma qurğusu vasitəsilə ilk olaraq “Abşeron” yatağının dərin hissəsində qazma işləri həyata keçiriləcək. Daha sonra Xəzərin daha dərin hissəsindəki “Şəfəq” və “Asiman” strukturlarında (dənizin dərinliyi 750 metrədək) və “Babək” strukturunda kəşfiyyat quyularının qazılması planlaşdırılır. Sözügedən qazma işləri zamanı dərin qatlarda (6 min metrdən çox) qaz laylarının açılması planlaşdırılır.

İlham Şaban

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart