logo

SOCAR prezidentinin Özbəkistan səfəri

Views: 41

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Özbəkistanda Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında iştirak etmək üçün Daşkənddə olub.

O, mayın 17-də sərginin açılış mərasimində iştirak etmiş, SOCAR-ın sərgidə nümayiş etdirilən ekspozisiyası ilə tanış olmuş, burada aparıcı neft şirkətlərinin rəsmi şəxsləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirmişdir.

SOCAR prezidenti Rövnəq Abdullayev “Özbəkistanda Neft və Qaz-OGU 2017” Beynəlxalq konfransında məruzə ilə çıxış etmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində icra olunan regional və qlobal əhəmiyyətli layihələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən Rövnəq Abdullayev ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu vurğulamışdır.

Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüş keçirmişdir. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanda, Özbəkistanda və üçüncü ölkələrdə birgə neft-qaz əməliyyatlarının aparılması məsələləri müzakirə olunmuşdur.

Özbəkistana səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüşmüş və iki şirkət arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanmışdır. Bu haqda SOCAR mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart