logo

SOCAR büdcəyə ödənişləri 85 mln manat artırıb

Views: 32

Neftin qiymətlərinin artımı SOCAR-ın büdcəyə ödənişlərinin ilin əvvəlindən 19%-dən çox artımına gətirib çıxarıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilmişdir.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 111,5 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında büdcəyə 530 milyon 302 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 milyon 327 min manat və ya 119,2 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 247 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 100,8 faiz çoxdur.

Cari ilin yanvar- aprel aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 49 milyon 515 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar- aprel ayları ilə müqayisədə 4 milyon 407 min manat və ya 109,8 faiz çoxdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart