Rusiya

Rosneft” neft hasilatının azaldılmasına qarşı

“Rosneft” neft hasilatının azaldılması ilə bağlı anlaşmanın 9 aydan çox uzadılmasını istəmir

Anlaşmadan yumşaq çıxış mexanizmi hazırlanır “Mən hazırda mart ayından sonra anlaşmanın uzadılmasına ehtiyac görmürəm”. “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bunu “Rosneft” şirkətinin rəhbəri İqor Seçin Berlində “Rosneft Deutschland” ofisinin filialının açılışında jurnalistlərin neft bazarının 2018-ci ilin mart ayına qədər tarazlıq vəziyyətinə çata biləcəyi və neft hasilatının azaldılması barədə anlaşmanın gələn ilin mart ayından sonra uzadılıb-uzadılmayacağına dair suallarını cavablandırarkən deyib.

İ.Seçin bildirib ki, “Rosneft” OPEC və ona üzv olmayan ölkələrin hasilatı azaltması ilə bağlı anlaşmasının sona çatmasından sonra sürətlə dünya bazarına geri dönməyi düşünür. “Rusiya və Səudiyyə Ərəbistanı anlaşmadan yumşaq şəkildə çıxışın mexanizmlərini hazırlayır ki, anlaşma bitdikdə neft bazarında xaos yaranmasın”, – deyə Seçin sözlərinə əlavə edib. Həmçinin, “Rosneft” rəhbəri ABŞ-da şist neft hasilatının necə dəyişəcəyinə diqqət edilməsini vacib sayır.