logo

I rübdə SOCAR-ın AÇG-dən aldığı səmt qazı həcmi 59% artıb

Views: 238

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan tərəfinə verilən qaz həcmləri 408 milyon kubmetr artıb

2017-ci ilin birinci rübündə BP və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” (AÇG) neft blokunun işlənməsi layihəsi çərçivəsində SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 1,1 mlrd. kubmetr səmt qazı verib. Bu haqda “BP-Azerbaijan” şirkətinin ictimaiyyət üçün açıqladığı məlumatda bildirilir.

BP-nin əvvəllər açıqladığı məlumatına görə, 2016-cı ilin birinci rübündə SOCAR-a AÇG layihəsindən 692 mln. kubmetr səmt qazı verilmişdi. Beləliklə, cari ilin yanvar-mart aylarında SOCAR-ın  aldığı səmt qazının həcmi 58,9% artıb.

“BP-Azerbaijan” şirkətinin ictimaiyyət üçün açıqladığı məlumatda bildirilir ki, birinci rüb ərzində SOCAR-a orta hesabla sutkada 12,1 mln. kubmetr səmt qazı verilib (2016-cı ilin birinci rübündə – 7,6 mln. kubmetr qaz).

BP bildiri ki, bu dövrdə AÇG blokundan hasil olunan səmt qazının qalan həcmi təzyiqin dəstəklənməsi məqsədilə yenidən laylara doldurulub. Ancaq BP həmin həcmlərin miqdarını açıqlamır.

Bildirək ki, AÇG-dən hasil olunan səmt qazı HPBS görə, SOCAR-a Səngəçal terminalının çıxış nöqtəsində pulsuz verilir.

* 2016-cı ildə SOCAR AÇG-dən 2,75 mlrd. kubmetr səmt qazı almışdı, 2015-ci ildə isə bu həcmlər 3,2 mlrd kub metr təşkil etmişdi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart