logo

Günəşlidəki 7-ci platformada nə baş vermişdi – video

Views: 51

Bu gün Youtube-də “Azneft” İstehsalat Birliyinin “Günəşli” yatağının dayazsulu hissəsində yerləşən 7-ci plastformasından görüntülər yayılıb.

Caspian Barrel xatırladır ki, mayın 11-də təqribən saat 16 radələrində platformanın yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlmiş və get-gedə artmağa başlayıb. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki neft istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb və içşi heyət təxliyyə edilmişdi.

Videomaterialları izləyərkən məlum olur ki, bu, neftçilərin platformadan təxliyyə edilməsi prosesindən əvvəl lentə alınıb. Belə ki, Caspian Barrel-in məlumatlı mənbələrdən aldığı informasiyaya görə, hazırda qrifonun intensivliyi ötən həftə ilə müqayisədə xeyli zəifləyib. Platformada vəziyyət normaldır.  Ancaq iş aparılan qaz quyusunda işlər bərpa edilməyib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart