logo

Bolqarıstanın vitse-prezidenti Azərbaycan qazının rolu barədə

Views: 42

Avropanın enerji siyasətinin əsas məqsədi təhlükəsizlik, rəqabət və davamlı inkişafdır. Bunu Bolqarıstanın vitse-prezidenti İliyana Yotova “Report” İnformasiya Agentliyinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Azərbaycan enerji müstəqilliyinin və qaz nəqlinin təhlükəsizliyinin təmin edilməsində, mənfi iqlim dəyişikliyinin qarşısının alınmasında, iqtisadi inkişaf və məşğulluğun təşviq edilməsində Avropa İttifaqının aparıcı tərəfdaşıdır. Bununla da ən vacib vəzifələrdən biri – istehlakçıların təhlükəsiz və sərfəli enerji ilə təmin edilməsi məsələsi həll olunub.

“Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ən möhtəşəm layihələrdən biridir. Bolqarıstan bir daha layihənin inkişafına dəstəyini nümayiş etdirir və onun həyata keçirilməsində ölkənizin vacib rolunu təsdiqləyir. Ölkəmiz Yunanıstan-Bolqarıstan və Türkiyə-Bolqarıstan interkonnektor layihəsi sayəsində Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin bir hissəsinə çevrilib. Yunanıstanla layihə 2020-ci ilə qədər hər il “Şahdəniz-2″ yatağından Bolqarıstana əvvəlcədən razılaşdırılmış 1 milyard kubmetr həcmində Azərbaycan qazının çatdırılmasına imkan verəcək. Bu layihə Bolqarıstana təbii qazın çatdırılması üçün resursların və çatdırılma marşrutlarının diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir”, – deyə Bolqarıstanın vitse-prezidenti fikrini tamamlayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart