logo

Baker Hughes: dünyadakı qazma qurğularının sayı 3,4% azalıb

Views: 22

Aprel ayının yekunlarına görə, dünyada neft və qaz hasilatı üçün işləyən qazma qurğularının sayı 3,4% və ya 68 ədəd azalaraq 1917-yə düşüb.

Bunu ABŞ-ın neft-qaz servis şirkəti olan Baker Huges özünün son hesabatında açıqlayıb. Hesabatda bildirilir ki, cari ilin aprelində qazma qurğularının sayı ötən ilin apreli ilə mqayisədə 34,6% və ya 493 ədəd artıb.

ABŞ-da aprel ayı ərzində qazma qurğularının artımı 8,11% və ya 64 ədəd təşkil edərək 853-ə qədər yüksəlib. Ancaq bununla belə Kanadada işlək qazma qurğularının sayında kəskin azalma qeydə alınıb. Belə ki, apreldə onların sayı 57,3%  və ya 145 ədəd azalaraq 108-ə düşüb.

Hesabat dövründə Yaxın Şərqdə qazma qurğularının sayı 389 ədəd (+3 ədəd), Asiya-Sakit Okean hövzəsində – 205 ədəd (+7 ədəd), Afrikada isə 89 ədəd (+9 ədəd) olub.

Avropada qazma qurğularının sayı 91 ədəd təşkil edib (azalma 3 ədəd). Latın Amerikasında da  eyni sayda azalma qeydə alınıb və 182 qazma qurğusu işləyib.

Caspian Barrel xatırladır ki,  Baker Hughes şirkəti ABŞ və Kanadada işləyən qazma qurğularının sayına görə özünün HƏFTƏLİK hesabatlarının 1944-cü ildən dərc edir. 1975-ci ildən isə bu hesabatlardakı məlumatlar DÜNYA üzrə qazma qurğularını əhatə etməyə başlatıb. Hesabatlar hər həftənin cümə günü açıqlanır. 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart