logo

Azərbaycanda iqtisadiyyat 2016-da qeyri-neft sektoruna görə çöküb

Views: 16

2016-cı ilin yekunları üzrə neft sektoru sıfır səviyyəsində artım nümayiş etdirib, qeyri-neft sektorunda azalma isə 4,5 faiz təşkil edib

Dəqiqləşdirilmiş məlumatlara görə, 2016-cı ildə Azərbaycanda resessiya 3,1% təşkil edib. Bu barədə Hesabalama Palatasının ötən il ərzində dövlət büdcəsinin icrası üzrə materiallarında qeyd edilir.

Öncə Dövlət Statistika Komitəsi (DSK) 2016-cı ilin yekunları üzrə 3,8% səviyyəsində resessiya barədə bəyan edib.

“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi Palatanın məlumatlarına əsasən, ötən il ərzində ÜDM-in nominal həcmi 60 mlrd. 393,6 mln. manat təşkil edib (37,7 milyard dollar).

Palatanın məlumatına görə, hesabat ili ərzində qeyri-neft ÜDM-in azalması 4,5% olub (ilkin olaraq DSK azalma həcmini 5,4% səviyyəsində qiymətləndirmişdi – İF). Qeyri-neft ÜDM-in xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 66,6%-ə qarşı 65,9% təşkil edib.

2016-cı ilin yekunları üzrə neft sektoru sıfır səviyyəsində artım nümayiş etdirib (DSK-nin ilkin qiymətləndirilməsi ilə eynidir).

Ötən ilin yekunları üzrə Azərbaycan hökuməti 2,8% səviyyəsində resessiya proqnozlaşdırıb.

2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,1% təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart