logo

TANAP layihəsi üçün 365,8 milyon dəyərində iki kredit cəlb edildi

Views: 39
TANAP layihəsinin maliyyələşdirilməsi 2017-ci ildə qrafikə uyğun olaraq davam edir

Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə bu il martın 30-da 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə aprelin 5-də 219,5 milyon dollar məbləğində ikinci maliyyə tranşı baş tutub.

“Cənub Qaz Dəhlizi” QSC-dən AZƏRTAC-a bildirilib ki, hər iki beynəlxalq maliyyə institutundan müvafiq olaraq 108,4 və 162,6 milyon ABŞ dolları məbləğində ilk maliyyə tranşı cari ilin fevral ayında ayrılıb.

Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit xətti ayırıb.

Borcalan qismində çıxış edən və səhmlərinin 100 faizi birbaşa və dolayısı ilə Azərbaycan Respublikasına məxsus olan “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrdən çox olan və Avropa İttifaqı tərəfindən dəstəklənən “Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart