Rusiya

SOCAR Rus şirkəti “Azərkimya” məhsullarının birjada satışına başlayır

SOCAR-ın Rusiyadakı törəməsi “SOCAR RUS” MMC aprelin 7-də “Sankt-Peterburq” birjasında yüksək təzyiqli polietilenin satışına başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.

“Aprelin 7-də “Azərkimya” İstehsalat Birliyinin istehsalı olan yüksək təzyiqli polietilen (YTP 15803-020) şirkət tərəfindən “Sankt-Peterburq” SC-nin birjasında satışa çıxarılacaq”, – deyə məlumatda qeyd edilir.

İxrac prosesi “Noqinsk anbar kompleksi” ASC-yə məxsus anbarın ərazisindən həyata keçiriləcək.