logo

SOCAR istiqrazlarının qiyməti hazırda neçəyədir?

Views: 34
SOCAR-ın daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti sürətlə artır.

İstiqrazların təkrar bazarı üzrə marketmeykeri “PSG Kapital” şirkətindən AZƏRTAC-a bildirilib ki, hazırda SOCAR istiqrazlarını birjada 1007-1008 dollara satmaq, 1012,5 dollara almaq olar.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-si tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

“İstiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər (hər istiqraza görə 12,5 dollar həcmində) ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə mart ayında təkrar bazarda 8,3 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb”, – deyə “PSG Kapital” şirkətindən bildirilib.

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. İndiyədək təkrar bazarda 66 milyon dollarlıq istiqraz alınıb-satılıb ki, bu da bütün istiqrazların 3-də ikisi deməkdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart