Azərbaycan, Materiallar

SOCAR Azərbaycanda YDM-lərin sayını 25-ə çatdırdı

SOCAR  brendi altında yanacaqdoldurma məntəqəsi Bakının Nobel prospektində istifadəyə verilib

“SOCAR Petroleum” QSC (SOCAR-ın “törəməsi”) Azərbaycanda yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 25-ə çatdırıb. Bu barədə şirkətin saytında  məlumat yayılıb.

Bu gün Bakının Nobel prospektində “SOCAR” brendi altında yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

Yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. Məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılmış, bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Məntəqədə 40 nəfər işçi çalışır.

SOCAR prezidenti R Abdullayev Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyi qeydedib.

“SOCAR Petroleum” 2018-ci ilin sonuna kimi Azərbaycanda “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin sayını 42-ə çatdırmağı planlaşdırır.

Yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.

“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Şirkət 2010-cu ilin may ayında respublikada ilk YDM-lər açıb.

Hazırda YDM-lərdə Euro-4, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) standartalrına cavab verən Aİ-95 Premuium benzin, həmçinin maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir.