logo

Obyektlərdən artıq 200-dən çox neftçi təxliyyə edilib

Views: 31
Xəzərdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar küləyin sürətinin  34 m/saniyəyə qədər artması gözlənilir

Əməyin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə bu gün və sabah, açıq dənizdə küləyin güclənməsi ilə əlaqədar, “Azneft” İB tərəfindən dəniz Neft-Qaz Çıxarma idarələrinin bütün sahələrindən, ən zəruri olan işçilər istisna olmaqla, cəmi 204 həmkarımız təxliyyə edilib.

Bu haqda “Azneft” İstehsalat Birliyindən Caspian Barrel-ə məlumat veriblər.

Bildirildiyinə förə, açıq dənizdə küləyin sürəti, arabir, 34 m/s, dalğanın hündürlüyü isə 3-5, bəzən 5-7 metr olması gözlənilir.

“Aznest” İB qeyd edir ki, bütün ostehsalat sahələrində maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması tapşırılıb, idarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

“Azneft” hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsini davam etdiririr.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart