logo

Neftdən gələn gəlirlərə sahiblik – müstəqillik budur!

Views: 40
Azərbaycan Prezidenti İlham Əliyev bu gün neftin müstəqil Azərbaycanın ictimai-siyasi həyatındakı rolu ilə bağlı bir sıra açıqlamalar verib.

Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Hasilat yubileyləri və hakimiyyət

Caspian Barrel dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Tədbirdə Prezidentə məlumat verən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: “Bu il bizim 2 milyard ton hasilatımız olacaq. 1971-ci il martın 28-də neft hasilatı bir milyard ton olub. Həmin il aprelin 2-də Moskvada 24-cü qurultay keçirilib. Orada cənab Heydər Əliyev çıxış edib, deyib ki, Azərbaycan neftçiləri bir milyard ton neft çıxarıblar. Sonra Azərbaycana gəlib aprelin 21-də Bakıda müşavirə keçirib. O müşavirədə SSRİ-nin neft sənayesi naziri Valentin Şaşin də, mən də iştirak etmişdik. Cənab Heydər Əliyev Azərbaycan neftçilərini təbrik etdi. Deməli, neftçilərimiz 1 milyardıncı ton nefti cənab Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hasil ediblər. İki milyardıncı ton neft isə Sizin hakimiyyətiniz dövründə hasil olunacaq.”

Nə qədər neft hasil edilib?

Yusifzadənin sözlərinə görə, indiyə qədər Azərbaycanda 1 milyard 971 milyon ton neft çıxarılıb. Bunun 1 milyard tonu dənizdən, 971 milyon tonu qurudan hasil edilib. Neftçilərimiz həm də 700 milyard kubmetr qaz hasil ediblər.

İlk neft quyumuzun tarixi

Xoşbəxt Yusifzadə xatırlayır ki, Azərbaycanın ilk neft quyusu barədə xaricilər film çəkməyə gəlmişdilər. Mən dedim ki, burada ilk quyu 1847-ci ildə qazılıb. Mənə dedilər ki, sənədin var? Dedim yoxdur, burada hamımız bir-birimizdən eşitmişik. Onda yaradılan komissiya sənədlərin hamısını qaldırdı.

Söhbətə müdaxilə edən SOCAR rəhbəri Rövnəq Abdullayev əlavə edir ki, “cənab Prezident, arxivlərdə bütün sənədlər qaldırıldı…Və əldə edilən məlumatlar arxiv sənədləridir.”

Prezident İlham Əliyevin çıxışından tezislər:

– Biz də gərək bunu qeyd edək (Azərbaycan neftinin 2 milyardıncı  tonunun hasilatını nəzərdə tutur);

– Biz gərək bunu dünyada yaxşı təbliğ edək (söhbət sənaye üsulu ilə ilk neftin Azərbaycanda çıxarılmasından gedir);

– Bu gün bizim neftimiz xalqımıza məxsusdur!

– O vaxt biz çar Rusiyasının tərkibində idik və buradan çıxarılan təbii ehtiyatlar xalqımızın güzəranına o qədər də təsir etmirdi. Kasıbçılıq, səfalət idi. Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi;

– İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi;

– Biz bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik. Təsəvvür edin, əgər Azərbaycan müstəqil ölkə olsaydı, indi dünyanın ən zəngin ölkələrindən biri olacaqdı;

– Biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur!

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart