Azərbaycan

Neft qiymətləri hesabına artan ixracımızın statistikası

Rüblük ixracatda 50%-ə qədər artım müşahidə olunsa da, bunun əsas hissəsi neftin artan qiymətləri hesabına əldə edilib

2017-ci ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracının 76,28 faizini xam neft, 10,22 faizini təbii qaz, 3 faizini isə neft məhsulları (2710 mal kodu üzrə) təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumatda deyilir.

Caspian Barrel əlavə edir ki, cari ilin birinci rübündə Azərbaycanın ümumi ixracı $2 milyard 606 milyon 306.06 min təşkil edib. Ötən ilin yanvar-mart aylarında bu gözstərici $1 milyard 746 milyon 861.72 min idi. Rüb ərzində ixracatda artım 49,2 faiz olub. Artıma təsir edən əsas amil isə neftin qiymətləri ilə əlaqədardır. Belə ki, neftin qiymətində orta artım 55,9 faizdən çox olub.

Xatırladaq ki, Azərbaycan neftinin 85 faizi dünya bazarlarına Ceyhan terminalı vasitəsilə çıxarılır. Bu limandan BTC FOB Ceyhan markası adı altında ixrac edilən Azərbaycan neftinin qiymətlərini təqdim edirik:

Aylar 2017-ci il 2016-cı il Qiymətlər arasındakı fərq (faizlə)
Yanvar 55,14 32,33 + 70.55
Fevral 56,63 33,43 + 69.39
Mart 52,86 39,80 + 32.81
Orta Qiymət 54.88 35.19 + 55.95