Azərbaycan

Neft qiymətləri azalandan sonra hərbi xərclər necə dəyişib?

Azərbaycan hərbi xərclərin azaldılması tempinə görə dünyada ilk üçlüyə daxil olub
Stokholm Beynəlxalq Sulh Tədqiqatları İnstitunun (SIPRI) hesabatına görə, 2016-cı ildə Dünya üzrə hərbi xərclər $1,6 trilyon təşkil edib. Lider ölkə həmişəki kimi ABŞ-dır – $611 mlrd. Hərbi xərclərə görə “üçlüyə”  Çin ($215 mlrd – hərbi xərclərini 5,4% artırıb) və Rusiya ($69,2 mlrd) daxil olublar. Rusiya “hərbi üçlükdən” özünün neft rəqibi olan Səudiyyəni Ərəbistanını çıxara bilib. Buna isə ötən il özünün hərbi xərclərini 5,9% artırmaq hesabına nail olub.
Hesabatda daha sonra Səudiyyə ($63,7 mlrd) və Hindistan ($55,9 mlrd, illik artım 8,5% təşkil edib) gəlir.
Caspian Barrel SIPRI hesabatına əsasən qeyd edir ki, 2016-cı ildə iqtisadiyyatları neftdən asılı olan ölkələr, Rusiya istisna olmaqla, hamısı hərbi büdcələrini azaltmaq yönümündə siyasət yürüdüblər. Özü də hərbi xərclərin azalma tempinə əsasən, müəyyən mənada iqtisadiyyatın hansı səviyyədə neftə bağlı olma dərəcəsini haqda fikir söyləmək olar. 
SİRPİ hesablayıb ki, ötən il 2015-ci illə müqatisədə Səudiyyə Ərəbistanı özünün hərbi xərclərini 56% azaldıb. İkiyə bölünməsini rəsmiləşdirən və neftlə zəngin yataqlara sahib çıxan Cənubi Sudan isə hərbi xərclərini 54% ixtisar etməyə məcbur olub. Hərbi xərclərin azaldılmasında üçlüyə isə iki neft ölkəsi daxildir: Azərbaycan və İraq. Hər ikisində hərbi xərclərin azalma tempi 36 faiz təşkil edib.
Bundan əlavə hərbi xərclərin kifayət qədər azaldılması Anqola, Venesuela, Ekvador və Qazaxıstan kimi iqtisadiyyatları neftə bağlı olan ölkələrdə də qeydə alınıb.
Bir faktı da əlavə etmək yerinə düşərdi ki, neftin 1 barelinin 102 dollar olduğu 2014-cü ildə, SIPRI-nın apardığı araşdırmalara görə, dünya üzrə hərbi xərcləmələr $1 trilyon  776 milyard təşkil etmişdi.
Ilham Şaban