Maraqlı Xəbərlər

BP-nin baş icraçı direktoru Robert Dadlinin maaşı 40% azaldılıb

Neft nəhəngi BP şirkətin baş icraçı direktoru Robert Dadlinin illik maaşı 40 faiz azaldılıb.

AZƏRTAC “bbc.com”a istinadla xəbər verir ki, 2015-ci ildə gəliri 19,4 milyon dollar olan R.Dadlinin illik maaşı 2016-cı ildə 11,6 milyon dollara geriləyib.

Onun nəvacibinin yenidən nəzərdən keçirilməsinə səbəb isə şirkətin səhmdarlarının keçən ilin aprelində R.Dadlinin maaşına yenidən baxılması üçün keçirdikləri səsvermə olduğu güman edilir.

Həmin səsvermədə şirkətin səhmdarlarının təxminən 60 faizi BP-nin rəhbərinin maaşına ediləcək 20 faizlik artıma qarşı çıxmışdılar.