logo

AÇG-dən dövlətin mənfəəti I rübdə $483 mln artıb

Views: 40
İndiyə qədər Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsindən $123,73 mlrd-a yaxın vəsait daxil olub

2017-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 620 mln. gəlir əldə edib. Bu barədə Neft Fondundan “İnterfaks”a məlumat verilib.

Xəbər verildiyi kimi, 2016-cı ilin I rübündə ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 137 mln. məbləğində gəlir əldə edib. Beləliklə, 2017-ci ilin hesabat dövründə daxilolmaların həcmi 42,5% və ya $483 mln artıb.

“Ümumilikdə 2001-ci ildən 2017-ci il aprelin 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $123 mlrd. 729 mln. məbləğində vəsait daxil olub”, – deyə məlumatda qeyd olunur.

2016-cı ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5,1 mlrd. gəlir əldə edib, 2015-ci ildə bu məbləğ $7.26 mlrd idi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart