logo

Azərbaycan OPEK planlarını artıqlaması ilə yerinə yetirib

Views: 565
Artıq xəbər verdiyimiz kimi, Azərbaycanda I rübün nəticələrinə görə, neft hasilatında yenidən böyük templə aşağı düşmə qeydə alınıb – 9,9%, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 1 milyon 53 min ton azalıb. 

Azərbaycan energetika nazirliyinin ictimaiyyət üçün açıqladığı rəsmi rəqəmlərdən məlum olur ki, ölkəmiz  2016-cı il dekabrın 10-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və  kartelə daxil olmayan ölkələnin toplantısında üzərinə düşən öhdəliyi vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirib. Belə ki, o zaman 11 ölkə 1 yanvar 2017-ci tarixdən başlayaraq 558 min barel gündəlik neft həcmlərini tədricən azaltmağı planlaşdırırdılar və bunun da 35 min barel payı Azərbaycana düşmüşdü.

Caspian Barrel qeyd edir ki, həmin səviyyənin azalması Azərbaycanın 2016-cı ilin oktyabr ayında OPEK-ə təqdim  etdiyi hesabat göstəricisindən – gündəlik 830 min bareldən hesablanırdı. Yəni Azərbaycan 795 min barel gündəlik hasilata çatsaydı, OPEK-ə “dünyada neft qiymətlərinin 55 dollar və ondan yuxarı səviyyədə bərqərar olması yönümündə” özünün töhfəsini vermiş olacaqdı.

Azərbaycan isə aprelin əvvəlinə gündəlik hasilatı, energetika nazirliyinin məlumatına görə, 733,3 min barellə gəlib çatıb. Faktiki olaraq neft hasilatçılarının “ədalətli qiymətə” çatma səyləri yönümündə götürdükləri PLANI 8,4% artıqlaması ilə yerinə yetirib.

Azərbaycanda gündəlik hasilat (min barellə):

Aylar Xam neft Kondensat Cəmi
Yanvar 743,1 50,8 793,9
Fevral 726,4 50,0 776,4
Mart 693,3 40,0 733,3

Martda Azərbaycanın hasil etdiyi xammalın 693,3 min barrelini neft, 40 min barrelini kondensat təşkil edib. Gündəlik 596 min barrel xam neft, 40 min barrel kondensat, 23 min barrel isə neft məhsulları ixrac edilib.

Comments: 0

0

Your Cart