logo

SOCAR zavodu Türkiyənin neft məhsulları idxalından asılılığını 3,5% azaldacaq

Views: 70

“STAR neft emalı zavodunda işlərin 82%-i tamamlanıb və 2018-ci ildə fəaliyyətə başlamağı planlaşdırırıq”.

APA-Economics” xəbər verir ki, bunu “SOCAR Türkiye Enerji A.Ş.”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Energy Bussines” jurnalına bildirib.

Z.Qəhrəmanovun sözlərinə görə, Türkiyə tarixində özəl sektorun inşa etdiyi ilk neft emalı zavodu olan STAR-ın tikintisi 5,7 mlrd. dollara başa gələcək.

“STAR neft emalı zavodu Türkiyənin neft-kimya sektorunda xaricdən asılılığına son qoyacaq və təkcə bu zavod Türkiyənin idxaldan asılılığını 3,5% azaldacaq. Bugünkü neft qiymətləri ilə hesablandıqda Türkiyəyə illik 2-2,5 mlrd. dollar həcmində valyutaya qənaət etməyinə imkan verəcək. 10 milyon ton emal gücünə malik STAR neft emalı zavodu rəqabət gücünü artıraraq bölgə və Türkiyənin iqtisadiyyatının inkişafına kömək edəcək”, – deyə baş icraçı direktor əlavə edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart