İran

SOCAR İrana müştərək şirkət yaratmaq təklifi verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək şirkət yaratmağı təklif edib

Bunu APA-ya İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib. Ə. Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb: “Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər razılaşdırılsa iki ölkə müştərək beynəlxalq şirkət təsis edəcək”.

Ə. Kardor SOCAR-ın İrana neft mübadiləsi (swap) ilə bağlı təkliflər verdiyini və hazırda bu məsələnin araşdırıldığını bildirib. “Əlbəttə iki ölkə arasında qədim zamanlardan neft mübadilə olunur. İstəyirik ki, bu mübadiləni daha da fəallaşdıraq”.

Ə. Kardor İranda neft hasilatının son durumu ilə bağlı deyib ki, İran  qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq.