logo

SOCAR bu il karbamid zavodunu istifadəyə verəcək

Views: 45

Azərbaycan Dövlət Neft Şirkətinin Karbamid zavodunun inşaat işlərinin 2017-ci ildə tamamlanması nəzərdə tutulur. Bu haqda SOCAR məlumat yayıb.

Məlumatda qeyd olunur ki, karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanmışdır.

Karbamid zavodu Sumqayıt şəhərində inşaa edilir. Müəssisə istifadəyə verildikdən sonra onun məhsullarının 70 faizi ixrac yönümlü olacaq, yerdə qalan hissəsi isə daxili bazarın tələbatına yönəldiləcək. İxrac bazarları kimi əsasən Türkiyə və Gürcüstan nəzərdə tutulur.

Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaqdır.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart