Azərbaycan, Materiallar

SOCAR 2016-cı ildə qazma işlərinin həcmini 1% artırıb

SOCAR reduced exploration and concentrates its efforts on operation drilling

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2016-cı ildə qazma işlərinin həcmini 2015-ci ilin göstəricisi ilə müqayisədə 0,8% – 105,245 min metrədək artırıb. Bu barədə  SOCAR mətbuat xidməti məlumat yayıb.

Bununla yanaşı, qazma işlərinin ümumi həcmində 102,532 min metr istismar, 2,713 min metr kəşfiyyat qazma işlərinin payına düşüb.

2016-cı ilin dekabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 4,882 min metr təşkil edib. Bunun 4,839 min metri istismar, qalan göstərici isə kəşfiyyat qazma işlərinin payına düşüb.

2016-cı ildə şirkətin qazma idarələri tərəfindən 64, o cümlədən dekabrda 7 yeni quyu istismara verilib.

2015-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 104,411 min metr təşkil edib.