Maraqlı Xəbərlər

Meksika körfəzində neft özülündə yanğın baş verib

Yanğının söndürülməsinə 4 gəmi cəlb edilibABŞ-ın Luiziana ştatının sahilində, Meksika körfəzində neft özülündə yanğın baş verib.

“RİA Novosti” agenliyi xəbər verir ki, ABŞ-ın Sahil Mühafizəsi Xidməti yanğının söndürülməsi istiqamətində işlər aparır.

ABC telekanalının məlumatına görə, yanğın bu gün yerli vaxtla saat 14:30-da başlayıb.

Neft özülündə yanğın başlayan vaxt 4 nəfər olub və onlar təxliyə ediliblər. Yanğının söndürülməsinə 4 gəmi cəlb edilib.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb, yanğının başvermə səbəbi araşdırılır.