Azərbaycan, Materiallar

Bu gün qaz olmayacaq qəsəbələrin siyahısı

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Qafqazinfo” xəbər verir ki, aparılan işlərin Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.