Azərbaycan, Materiallar

TANAP-ın tikintisi üçün daha $600 mln. məbləğində kredit ayrılır

aiibAsiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Trans-Anadolu qaz boru kəmərinin(TANAP) inşasının maliyyələşdirilməsinə $600 mln. məbləğində kreditin ayrılması ilə bağlı qərar qəbul edib. Bu barədə bankın saytında məlumat verilir.

“Bank Dünya Bankı və digər inkişaf bankları, o cümlədən kommersiya strukturları ilə birgə maliyyələşdirmədə iştirak edir və “Cənub Qaz Dəhlizi” QSC-yə $600 mln. məbləğində kredit ayıracaq. Bu, indiyədək bank tərəfindən ayrılan ən iri kreditdir”, – deyə məlumatda qeyd olunur.

Beləliklə, fəaliyyətin ilk ilində bankın ayırdığı kreditin ümumi məbləği 1,73 mlrd.ABŞ dollarına çatıb.

Xəbər verildiyi kimi, TANAP layihəsinin ümumi dəyəri $8,6 mlrd. təşkil edir. Bu məbləğdən $2,1 mlrd. borcalan, $600 mln. – AİİB, $800 mln. – Dünya Bankı, $2,1 mlrd. – digər maliyyə institutları (Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı), $3 mlrd. isə başqa mənbələrdən ayrılır.