logo

Neftin bahalaşması Azərbaycana nə verəcək?

Views: 63

Bu gün Brent markalı neftin qiyməti 2015-burug-22-300x174ci ilin iyulundan bu yana ilk dəfə olaraq $55 həddini keçdi. Bazarlarda optimist əhval-ruhiyyə hökm sürür və bazarları qızdıran bir amil də OPEK və qeyri-OPEK ölkələri arasında dekabrın 10-da baş tutacaq görüşdə hasilatın ikincilər tərəfindən gündəlik olaraq 600 min barel azaldılmasına dair xoş xəbərlərin yayılmasıdır.

Bəs bu hadisələr gəlirlərinin əsas hissəsi neftdən formalaşan Azərbaycan üçün nə vəd edir?

Neft Araşdırmaları Mərkəzi Caspian Barrel-in rəhbəri İlham Şaban Fins.az-a bildirir ki, cari ilin 11 ayının yekunlarına əsasən, BTC FOB Ceyhan markalı neftin (SOCAR-ın özünün və Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 82% ixracı Ceyhan limanından bu marka altında satışa çıxarılır) 1 barelinin orta ixrac qiyməti $44,12 təşkil edib.

Caspian Barrel-in apardığı hesablamalara görə, əgər dekabrda neftin orta qiyməti $54 olarsa (2016-cı ildə Azərbaycan nefti aylıq olaraq ortalama ən baha oktyabrda satılıb – $51,35), onda 2016-cı il üçün Azərbaycan neftinin orta ixrac qiyməti $44,98 çıvarında gözlənilir. Bu da 2015-ci ildə ixrac etdiyimiz qiymətdən ($54,30) nə az, nə çox 17,2% azalma deməkdir.

2015-ci ildə mənfəət nefti kimi Neft Fonduna $7,23 mlrd vəsait daxil olmuşdu. Bu il gözləntilər $5 mlrd-dan da az ola bilər.

2017-ci ildən gözləntilərimiz

Hesab edək ki, gələn il Azərbaycan neftinin orta ixrac qiyməti bu illə müqayisədə 27% artaraq $57 təşkil etdi. Qeyd edək ki, belə bir variant istisna edilmir. Ancaq onun il ərzində formalaşması üçün də ciddi faktorlar olmalıdır: 1) ya qlobal bazardan kifayət qədər izafi neft yığışdırılmalıdır ki, tələb-təklif nəticəsində belə bir qiymətin il boyu dayanıqlığı təmin edilsin; 2) qismən bazardan izafi neft yığışdırılmalı və dünya iqtisadiyyatında elə inkişaf tempi yaranmalıdır ki, enerjiyə kifayət qədər tələbat artsın və nəticədə 2016-cı illə müqayisədə qiymətdə yaranacaq 27%-lik artıma görə istehlakçıların problemi yaşanmasın.

Azərbaycana gəldikdə isə gələn il hökumət hasilatın 1,5 mln tonadək azaldılması ilə bağlı proqnozlarını artıq Milli Məclisə göndərirdiyi büdcə paketində qeyd edib. Yəni cari ildə 41,306 mln ton neft hasilatı gözləyirsə, 2017-də bu göstəricinin 39,796 mln-a qədər azalacağını proqnozlaşdırır. Hesab edək ki, azalma tempi bu qədər olmayacaq. Yəni azalma 1,2 mln ton həddini keçməyəcək. Və bunun da təqribən 1 min tonu ACG-nin payına düşəcək. Yəni ACG-dən cari ildə olduğu kimi 31,1 mln ton deyil, cəmi 30 mln ton ətrafında neft hasil ediləcək. Onda gələn il Neft Fondu reallıqda $6,8-7 mlrd arasında gəlir əldə etmək imkanı qazanar. Yəni istənilən halda bu göstərici neftin qiymətlərinin 27% artımında belə Azərbaycanın mənfəət neftinin daxilolmalarını 2015-ci il nəticəsini üstələməyə imkan vermir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart