CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 56,17 dollar/barel təşkil edib ki, bu da dekabrın 13-nə olan göstəricidən 0,5 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 55,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 14-də 51,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 12-də 53,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.