logo

Neft Fondunun AÇG-dən gəlirləri kifayət qədər azalıb

Views: 9

Ötən illə müqayisədə “Azəri-Çıraq-Günəşli” blokunda hasilat həcmləri stabil qalsa da, neftin orta qiymətində 18% azalma qeydə alınıb

acg_production2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $4 mlrd. 577 mln. gəlir əldə edib. Bu barədə Caspian Barrel-ə Neft Fondundan məlumat veriblər.

Noyabr ayında AÇG blokundan Neft Fonduna gələn mənfəət neftinin miqdarı $556 mln. təşkil edib.

Caspian Barrel-in özünün apardığı hesablamara əsasən, 11 atda Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yatağından əldə etdiyi gəlirlər ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə təqribən $1,85 mlrd. və ya 28% azalıb.

Ümumilikdə 2001-ci ildən 2016-cı il dekabrın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $121 mlrd. 586 mln. vəsait daxil olub.

Xatırladaq ki, 2015-ci ildə ARDNF-in “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlirlər $6 mlrd. 858 mln. təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart