logo

İlham Əliyev elektrik və qazın istifadəsinə görə limitləri artırdı

Bu, bir daha ona dəlalət edir ki, Tarif Şurasının tətbiq etdiyi tarif və göstəricilər reallığı əks etdirmir, əks təqdirdə qurum noyabrın 28-də qəbul etdiyi qərara Prezidentin göstərişi ilə 3 həftə sonra düzəlişlər etməzdi

qaz-isiqTarif Şurasının dekabrın 22-də keçirilən iclasında elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb.Bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə bəyan edib.

Bu qərar prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında qəbul olunub. Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına əsasən, 1 yanvar 2017-ci il tarixindən etibarən təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb. Elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Nazirin sözlərinə görə, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62%-dən 75%-dək, elektrik enerjisi üzrə isə 72%-dən 80%-dək yüksəlmiş olur.

“Bu dəyişikliklər müəssisələrə deyil, əhaliyə şamil edilir”, – deyə Ş.Mustafayev bəyan edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart