Azərbaycan, Xüsusi xəbərlər

İlham Əliyev BP-nin 2024-cü ildən sonra AÇG-də qalması məsələsini müzakirə edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün BP şirkətinin prezidenti Robert Dadli ilə görüş zamanı “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

bp_final“Görüşdə qeyd edildi ki, bu yatağın gələcəkdə işlənilməsində xarici şirkətlər maraqlıdırlar”, – deyə məlumatda deyilir.

Qeyd olunub ki, yatağın gələcəkdə uğurla işlənilməsi xarici şirkətlər tərəfindən çoxmilyardlı investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı, qarşıdakı illərdə də çoxsaylı yeni iş yerlərinin açılması üçün imkanlar yaradacaq.

İ.Əliyev və R.Dadli həmçinin “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.