Azərbaycan, Materiallar

Belarus NEZ-lər Azərbaycan neftini emal etməyə hazırdır

npzBelarus neft emalı zavodları Azərbaycan neftinin Avro-5 və Avro-6 standartlarına uyğun emalına hazırıdır. Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bəyan edib.

“Belarusda Azərbaycan neftini Avro-5, hətta Avro-6 standartlarına uyğun emal edəcək iki neft emalı zavodu fəaliyyət göstərir”, – deyə səfir bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ildə Mozır NEZ-ə 85 min ton Azərbaycan nefti tədarük olunub.

G.Axramoviç vurğulayıb ki, Bakı və Minsk arasında neft sahəsində əməkdaşlığıa dair böyük potensial mövcuddur. Səfir tərəflərin bu məsələyə dair danışıqları intensivləşdirilməsini zəruri hesab edir.

“2017-ci ildə Azərbaycan neftinin Belarusa tədarükünə dair müqavilənin imzalanması gəlincə, hələlik bu barədə məlumat verilmir”, – deyə səfir əlavə edib.